Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.
Azərbaycan yarışda 11 çəki dərəcəsində 16 idmançı (12 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 70 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək.
Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisionova
Kişilər
-60 kq
Murad Muradlı
Babarəhim Mirzəyev
-66 kq
Rəşad Yelkiyev
Nizami İmranov
-73 kq
Kamran Süleymanov
Rəşid Məmmədəliyev
-81 kq
Hidayət Heydərov
Vüsal Qələndərzadə
-90 kq
Vüqar Talıbov
-100 kq
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov