BMT Təhlükəsizlik Şurası Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında sentyabrın 10-da Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytındakı bəyanatda bildirilib.
İclasda dünya təşkilatının Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqin çıxış edəcəyi gözlənilir. Səudiyyə Ərəbistanı və Yəmən, Təhlükəsizlik Şurasının müvəqqəti prosedur qaydalarının 37-ci qaydasına uyğun olaraq tədbirdə iştirak edəcəklər.
İclas "Ənsar Allah"dan olan husilər və Yəmən hökumət qüvvələri arasındakı eskalasiya, eləcə də 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə edilmiş barışıqdan sonra bərqərar olmuş nisbi sakitliyin ardınca qruplaşma döyüşçüləri tərəfindən Səudiyyə Ərəbistanı ərazisinə zərbələrin endirilməsi fonunda keçiriləcək.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır