Almaniyada cari ilin birinci yarısında iflas edən müəssisələrin sayı son 13 ilin maksimumuna çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə TАСС agentliyi ölkənin Federal Statistika İdarəsinə istinadla məlumat yayıb.
Yanvar-iyun ayları ərzində 12,8 min müəssisə iflas ərizəsi ilə müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur. Sonuncu dəfə belə yüksək göstərici 2013-cü ilin birinci yarısında qeydə alınmışdı.
Təkcə iyun ayında iflas ərizələrinin sayı 2025-ci ilin eyni ayı ilə müqayisədə 15,8% artıb.
İlk 6 ay ərzində iflas etmiş şirkətlərə qarşı ümumi tələblərin məbləği 18,5 milyard avro qiymətləndirilir. Bu, ötən illə müqayisədə təqribən 10 milyard avro azdır. Statistika İdarəsi bunu cari ildə say çox olsa da, ötən il daha iri şirkətlərin müflisləşməsi ilə izah edib.
İyun ayında vətəndaşların maliyyə çatışmazlığı ilə bağlı ərizələri 5,1% artıb. Ümumilikdə birinci yarımildə fiziki şəxslər üzrə təqribən 39 min belə müraciət qeydə alınıb (ötən ilə nisbətən 2,4% çox).
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb