Baltityan ölkəsinin ordusunun komandanı, general Raymundas Vaikşnoras ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemlərinin Litvaya tədarükündə gecikmələr yaşandığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə TАСС məlumat yayıb.
General LRT telekanalına müsahibəsində qeyd edib ki, sistemlərin gətirilməsi təxirə salınıb və dəqiq müddəti söyləmək çətindir. Bu proses tamamilə Amerika tərəfindən və ehtimal ki, onların sənayesinin imkanlarından asılıdır.
Litvalı hərbçilərin artıq zəruri təlimlərdən keçdiyi vurğulanıb. Komandan narahatlığa əsas olmadığını bildirib, çünki ABŞ-nin Miçiqan Milli Qvardiyası ilə oxşar sistemlərin Litva ərazisində müvəqqəti yerləşdirilməsinə dair razılaşma mövcuddur.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır