Avropa Komissiyası (AK) Ukraynaya hava və raket əhtiyatı vasitələrinin, sursatların, dronların və radioelektron mübarizə vasitələrinin alınması üçün əlavə 6,1 milyard avro ayırmağı təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə AK-nin rəsmi bəyanatında deyilir.
AK-nin rəhbəri Ursula fon der Lyayen qurumun saytında dərc olunan açıqlamasında bildirib: "Bugün biz Ukraynaya müxtəlif müdafiə məhsulları almağa kömək etmək üçün 6,1 milyard avronu təsdiqlədik".
Qərar həmçinin Kiyevə ABŞ istehsalı olan "Patriot" sistemləri üçün "PAC-3" raketlərini əldə etməyə imkan yaradır. Sözügedən vəsait Ukraynaya 90 milyard avro həcmində nəzərdə tutulmuş kredit dəstəyi proqramı çərçivəsində təmin edilir.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır