Sentyabrın 12-də Səudiyyə Ərəbistanının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyası keçirilib.
“İki sahil” xəbər verir ki, Assambleya çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə Assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub.
MOK-un vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə 2017-ci il İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olub.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək