Amerikalı boksçu Rayan Qarsiya Las-Veqasda keçirilən döyüşdə yarımorta çəkidə Ümumdünya Boks Şurasının (WBC) dünya çempionu titulu uğrunda görüşdə britaniyalı Konor Benni məğlub edib.
“İki sahil” xəbər verir ki, döyüş ikinci raundda başa çatıb.
28 yaşlı Qarsiya 29 yaşlı rəqibini nokauta salıb. Bu döyüşdən sonra onun peşəkar rinqdə 27 qələbəsi və 2 məğlubiyyəti var. Amerikalı boksçu titulunu ilk dəfə müdafiə edib.
Benn isə 23 qələbə fonunda ikinci məğlubiyyətini alıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək