Rumıniya Futbol Federasiyası (FRF) uşaq futbolunda qara vərəqənin tətbiq edildiyini elan edib.
“İki sahil” xəbər verir ki, bu addımın məqsədi tribunada olan valideynlər və azarkeşlər tərəfindən göstərilən təzyiq və təhqiredici davranışları minimuma endirməkdir.
"Futbol uşaqlar üçün oyun, sevinc və sağlam inkişaf məkanı olaraq qalmalıdır. Bu tədbir sayəsində FRF dünyada müstəsna olaraq tribunadakı azarkeşlərin qeyri-etik davranışlarını cəzalandırmaq üçün nəzərdə tutulmuş vərəqəni tətbiq edən yeganə futbol federasiyası olur", - deyə bəyanatda bildirilir.
Vurğulanır ki, qara vərəqə gənclər arasında keçirilən yarışlarda (U7-U16 yaş kateqoriyalarında) tətbiq edilə bilər.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək