Vətənə medalla qayıtmaq bizim üçün çox xoş və qürurvericidir.
“İki sahil” xəbər verir ki, bu sözləri İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın aerobika gimnastı Mədinə Mustafayeva deyib. O, bu yarışa çox uzun müddətdir ki, hazırlaşdıqlarını söyləyib: “Birinci yerlə xal fərqimiz çox az oldu. Nəticəmizdən bir o qədər narazı deyilik, çıxışımızdan isə çox razıyıq. Düşünürdük ki, qızıl medalın sahibi biz olarıq. Bu, təbii ki, tək bizim fikrimiz deyil, bir çox hakimlər də belə düşünürdü. Hətta yarışdan sonra hakimlər yaxınlaşıb bizə üzrxahlıq da etdilər. Amma nəticəmiz gümüş medal oldu, bu da yaxşı nəticədir”.
Azərbaycan futbolunda YENİ İNKİŞAF MƏRHƏLƏSİ: PFL-dən dayanıqlı və rəqabətədavamlı futbol modeli
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB