Xalq artisti Tünzalə Ağayeva yeni layihəsinin anonsunu paylaşıb.
“İki sahil” xəbər verir ki, sevilən müğənni Nəsimi Məmmədovla biraraya gələn pop starın yeni duet mahnısı “Sənin üçün doğulmuşam” adlanır. Klip üçün birlikdə kamera qarşısına keçən sənətçilər yeni layihədən ilk görüntüləri də izləyiciləri ilə bölüşüblər.
Qeyd edək ki, “Sənin üçün doğulmuşam” adlı duet mahnının təqdimatının yaxın günlərdə baş tutacağı gözlənilir.
Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb
Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib