Hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində cinayət işi başlanıb.
Bu barədə "İki sahil"ə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Hərbi Prokurorluqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə aparılmış araşdırma nəticəsində iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
"Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək", - məlumatda qeyd olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub