15 sentyabr 2026 14:34
143

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə cüdoçularımız müxtəlif ölkələrin idmançıları ilə birgə məşqlər keçirlər.

Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi 4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.