15 sentyabr 2026 15:23
138

Avropa çempionlarımızın imza mərasimi keçirilib

“Crescent Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zonada gənclər arasında son Avropa çempionlarımız – Ayxan Mirzəzadə, Məhəmməd Musayev və Süleyman Şükürovun imza mərasimi keçirilib.

Tədbir zamanı cüdoçular azarkeşlərlə görüşüb, avtoqraf verib və onlarla xatirə fotoları çəkdiriblər.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.