Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər.
“İki sahil” xəbər verir ki, kişilərdən ibarət komanda II turda Filippinlə üz-üzə gələcək. Qadınlardan ibarət kollektiv isə Danimarka ilə qarşılaşacaq. Təmsilçilərimiz I turda müvafiq olaraq Mərakeş və Qvatemala yığmalarına 4:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək