Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.
“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək