Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasından verilən məlumata görə, tədbir Hövsan Olimpiya İdman Kompleksində baş tutub. Mərasimdə çıxış edən federasiyanın baş katibi Fərid Xəlilov iştirakçıları salamlayaraq bütün idmançılara uğurlar arzulayıb. Qeyd edək ki, yarış U-15 və böyüklər arasında təşkil olunur.