19 sentyabr 2026 20:54
112

Naxçıvanda vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

“İki sahil” xəbər verir ki,  qəbul zamanı vətəndaşların, o cümlədən şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Müraciətlər, əsasən, sosial təminat, məşğulluq, əlilliyin təyinatı, kommunal xidmətlər, eləcə də digər sosial məsələləri əhatə edib. Ceyhun Cəlilov hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.

Qeyd olunub ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.