19 sentyabr 2026 21:10
106

Azərbaycanın U-23 millisi 3 medal qazanıb

Qazaxıstanın Aktau şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb.

“İki sahil” xəbər verir ki, Boks Federasiyasından bildirilib ki, yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın U-23 millisi 3 medal qazanıb. Komandanın heyətində Bilalhəbaşi Nəzərov (50 kiloqram) gümüş, Zidan Hünbətovla (55 kiloqram) Əli Abdullayev (65 kiloqram) bürünc mükafata yiyələniblər.