21 sentyabr 2026 14:07
91

Süni intellekt 10 il ərzində bəşəriyyəti məhv edəcək?

"Nvidia" şirkətinin rəhbəri Censen Xuanq bəyan edib ki, süni intellektin 2030-cu ilə qədər dünyanı məhv etmək ehtimalı sıfıra bərabərdir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Xuanq vurğulayıb ki, süni intellektin səbəb olduğu qlobal miqyaslı fəlakət proqnozlarının elmi əsası yoxdur.

Bundan əlavə, o, "Anthropic" şirkətinin keçmiş tədqiqatçısı Ceykob Koksonun sosial şəbəkələrdə səsləndirdiyi bəyanatları "məsuliyyətsiz" adlandırıb. Kokson süni intellektin "ifrat ağıllı" ola biləcəyini və on il ərzində bəşəriyyəti məhv edə biləcəyini iddia etmişdi.