Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar.
“İki sahil” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və M4 yaş kateqoriyasında Anar Ağayev (90 kq) mundialı bürünc medalla başa vurublar. Xatırladaq ki, ilk yarış günündə Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) isə bürünc medala sahib çıxıblar.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək