İspaniya La Liqasının VII turunda "Real"ın səfərdə "Atletiko"ya 1:2 hesabı ilə uduzduğu oyunun baş hakimi Migel Anxel Ortis Aryas ən azı iki oyunluq diskvalifikasiya ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Archivo VAR" məlumat yayıb. "Sivitas Metropolitano" stadionunda keçirilən qarşılaşmada referinin 4 ciddi səhvə yol verdiyi və iki dəfə VAR-a müraciət etdiyi bildirilib. Hakimin yol verdiyi səhvlər arasında "Atletiko"nun hücumçusu Li Kan İnin "Real"ın yarımmüdafiəçisi Federiko Valverdenin ayağını tapdalaması, həmçinin Kristian Romeronun Cud Bellinqemin ayağına vurması daha çox diqqət çəkib.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında Migel Anxel Ortis Aryasın hakimliyini tənqid edib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var