Azərbaycan millilərinin Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri bəlli olub.
“İki sahil” xəbər verir ki, kişilərdən ibarət komanda VII turda Yunanıstanla üz-üzə gələcək. Qadınlar isə Ermənistandan olan rəqibləri ilə qarşılaşaşacaqlar.
VII turun görüşləri sentyabrın 23-də baş tutacaq. Kişilərdən ibarət komanda 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var