Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
“İki sahil” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib. İdmançı ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). N.İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Onun finala gedən yolda rəqibi Con Makkonnell (İrlandiya) olacaq.
Səidcəmşid Cəfərov (75 kq) 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.
Hər iki döyüş sentyabrın 23-də keçiriləcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var