23 sentyabr 2026 11:38
123

Əminə Ağazadə Karrar və Muğanlı kəndlərində seçicilərlə görüşüb

Milli Məclisin deputatı Əminə Ağazadə Kürdəmirin Karrar və Muğanlı kəndlərində seçicilərlə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşlər zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər, eləcə də şikayət və təkliflər qeydə alınıb.

Deputat bildirib ki, görüşlər zamanı səsləndirilən problemlər aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılacaq və onların həlli istiqamətində müvafiq addımların atılması üçün məsələlər nəzarətdə saxlanılacaq.