Ayxan Abbasov: “Bizi qarşıda 4 oyun gözləyir. Millətlər Liqasından öncə Tacikistanla yoldaşlıq görüşü keçirəcəyik. Milli səviyyəsində ilk dəfədir ki, belə qısa müddətdə ardıcıl 4 oyun oynayırıq. Ona görə də heyəti geniş çağırmışıq. Rəqibimiz 2026-cı ildə hələ məğlub olmayıb. Bəzi futbolçularımız komandaya gec qoşulub. 4-5 futbolçumuz ilk məşqinə çıxacaq. Anton Krivotsyuk və Cəlal Hüseynov demək olar ki, məşqlərdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Təkcə bu oyuna yox, qarşıdakı 4 görüşə hazırlaşırıq. Rotasiyalı heyətlər olacaq. Yeni gələn futbolçuların da milli komandanı hiss etməsini istəyirik. Sabah həm yaxşı oynayıb, həm də azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik”.
Rəhman Daşdəmirov:“Sabah Millətlər Liqası öncəsi son yoldaşlıq görüşümüzdür. Rəqibi analiz etmişik. Yaxşı komandadır. Nə istədiyini bilən komandadır. Biz özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq və xalqımızı sevindirmək istəyirik”.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək