Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşıb. "Palms Sports Arena"da oynanılan qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək