Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar. Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa vurub. Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.
Sabah Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək