23 sentyabr 2026 20:00
224

Kimya İnstitutunun doktorantı ECCS 2026-da elmi tədqiqatını təqdim edib


 

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Fiziki-KimyəviAnaliz Mərkəzinin doktorantı Şahin Orucov onlayn keçirililən “Kataliz Elmləri üzrə 4-cü Beynəlxalq Elektron Konfrans”da(ECCS 2026) iştirak edib.

O, konfransın S1 – Katalitik materiallar sessiyasında“Oksid–şpinel matrisdən qismən reduksiya olunmuş Ni–Fedomenlərinə: metanın quru reforminqi üçün Fe–Ni/Al2O3 katalizatorlarında struktur–aktivlik əlaqələri” (“FromOxide–Spinel Matrix to Partially Reduced Ni–Fe Domains: Structure–Activity Relationships in Fe–Ni/Al2O3 Catalysts forMethane Dry Reforming”) mövzusunda məruzə ilə çıxış edib.

Tədqiqat zamanı bu katalizatorların yüksək temperatur vəhidrogen mühitində necə dəyişdiyi, həmçinin bu dəyişikliklərinonların katalitik fəaliyyətinə necə təsir etdiyi araşdırılıb.

Araşdırmanın nəticələri göstərib ki, katalizatorun hazırlanmasıvə reduksiya prosesinin temperaturu onun quruluşunda vəkatalitik aktivliyində mühüm rol oynayır. Xüsusilə 500 °C-dəaparılan hidrogen reduksiyası nəticəsində katalitik baxımdanaktiv Ni–Fe strukturları formalaşır. Eyni zamanda, bəzi ilkinquruluş elementlərinin qorunub saxlanılması katalizatorun dahastabil olmasına kömək edir.

Qeyd edək ki, sentyabrın 22-24-ü tarixlərində keçirilən “ECCS 2026” MDPI-nin “Catalysts” jurnalı tərəfindən təşkil olunur. Konfransda katalitik materiallar, ətraf mühit katalizi, fotokatalizvə elektrokataliz, biokataliz, biokütlə və sənaye katalizi, eləcədə üzvi və polimer kimyasında kataliz kimi müxtəlif istiqamətlərüzrə elmi araşdırmalar təqdim olunur.