24 sentyabr 2026 12:01
129

Regionlarda səyyar xidmətlər davam etdirilir

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Naxçıvan regional miqrasiya baş idarəsi, Ağsu, Lənkəran, Yevlax, Gəncə, miqrasiya  idarələri tərəfindən xidməti  əraziyə  daxil  olan Göyçay, Kürdəmir, Ağsu, İsmayıllı, Şamaxı, Masallı, Yevlax, Ağcabədi, Ağdaş, Tovuz, Gəncə və Ordubadda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması), vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı tələb olunan sənədlər qəbul edilib.