Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışında paytaxta gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.
“İki sahil” xəbər verir ki, Bakı Şəhər Halqasından verilən məlumata görə, bu, Formula 1 yarışının Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Ötən il Azərbaycan Qran-Prisini izləmək üçün paytaxta gələn xarici qonaqların sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. Bu il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.
Beləliklə, 10-cu Azərbaycan Qran-Prisi rekord sayda xarici qonağı Bakıya gətirməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək