BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoyla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirlər iki ölkə arasında strateji tərəfdaşlığının gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və s. çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Daha geniş regional təhlükəsizlik barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
Vüqar Rəhimzadə: Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO