Ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində növbəti praktiki tapşırıqlar uğurla yerinə yetirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin bölmələri helikopterlərdən desantın endirilməsi, operativ mövqe tutaraq şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətləri müvəffəqiyyətlə icra ediblər.
Tapşırıqların icrası zamanı Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular yüksək peşəkarlıq və koordinasiya nümayiş etdiriblər.
Qeyd edək ki, məşqdə əsas diqqət iştirakçıların praktiki vərdişlərinin təkmilləşdirilməsi, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması və təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə yönəldilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub