25 sentyabr 2026 cı il tarixdə Kürdəmirdə “27 sentyabr – Anım Günü” və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, aksiyada Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Həsənli, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər. Rayonun Bayraq Meydanında təşkil olunan ağacəkmə aksiyasında 450 ədəd çinar, zeytun, söyüd və eldar şamı ağacları əkilib.
Ağdaşda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
YAP Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub