Mövsüm ərzində bir çox çətin anlarımız oldu, amma heç vaxt təslim olmadıq. Hər mərhələdə, xüsusən də bu həftəsonu bolidimizi təkmilləşdirmək üçün böyük əmək sərf etdik. Əldə etdiyimiz bu nəticə və komandamızın göstərdiyi iradə ilə fəxr edirəm.
“İki sahil” xəbər verir ki, bu sözləri Formula 2 Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Campos” komandasının pilotu Nikola Tsolov mətbuat konfransında deyib. O, ilk hissədə kifayət qədər sürətli olduqlarını söyləyib: “Komanda radiodan mənə virtual olaraq ilk beşlikdə olduğumu deyəndə çox sevindim. Sona qədər mübarizə apararaq fəxri kürsüyə qalxmağı bacardıq”.