26 sentyabr 2026 14:07
98

Qazaxıstanda həlak olmuş hərbçilərlə vida mərasimi keçirilib

Qazaxıstanın Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olan hərbçilərlə vida mərasimi keçirilib

“İki sahil” Manqistau vilayət administrasiyasına istinadla xəbər verir ki, mərasim iştirakçıları həlak olan hərbçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Onların xatirəsinə dualar oxunub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə hərbçilərin ailələrinə dövlət sosial ödənişləri, maliyyə dəstəyi və anım tədbirlərinin təşkilində kömək daxil olmaqla lazımi hərtərəfli yardım göstərilir. Manqistau vilayət administrasiyası vəsait toplamaq üçün xüsusi fond yaradıb. Toplanan vəsait mərhumların və yaralıların ailələrinə bağışlanacaq.

Sentyabrın 24-də Xəzər dənizində hərbi təlimlər zamanı Qazaxıstanın 14 hərbçisi həlak olub, üç nəfər xilas edilib. Sentyabrın 25-də ölkədə milli matəm günü elan olunub.