26 sentyabr 2026 16:38
112

Mahir Emreli: Məqsədimiz müsbət nəticə qazanmaq olacaq

Mahir Emreli Litvaya yaxşı nəticə qazanmaq üçün gəldiyini deyib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan millisinin futbolçusu bunu mətbuat konfransında deyib. O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib: "Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram".

Qeyd edək ki, Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.