Azərbaycan milli komandasını Millətlər Liqasında Litvaya qarşı səfərdə keçirəcəyi oyunda 100 azarkeş dəstəkləyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Ümumilikdə isə matça hələlik 8500 bilet satılıb.
Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək