27 sentyabr 2026 19:12
208

ADRA kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) rəhbərliyi və əməkdaşları Zəfər Abidəsini ziyarət edib.

Ziyarət zamanı Agentliyin kollektivi Zəfər Abidəsinin önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, şəhidlərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərilən qəhrəmanlığın daim ehtiramla anıldığının ifadəsi olub.