29 sentyabr 2026 00:05
115

Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini zəiflətməkdir

Rusiyanın Avropadakı fəaliyyətinin məqsədlərindən biri Ukraynaya dəstəyi davam etdirməkdə müttəfiqlərin iradəsini zəiflətməkdir.

“İki sahil” xəbər verir ki,  bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç deyib. Qrinkeviç Avropa İttifaqı deputatlarına açıqlamasında bildirib ki, Avropa ölkələri Rusiyaya aid edilən təxribat və digər sabitliyi pozan fəaliyyətlərə qarşı daha açıq mövqe nümayiş etdirməlidir. Onun sözlərinə görə, belə hücumların arxasında Rusiyanın dayandığına dair əminlik olduqda bunu ictimaiyyətə açıqlamaq həmin fəaliyyətlərin qarşısının alınmasına kömək edə bilər.

Qrinkeviç sentyabrın 11-də fəaliyyətə başlayan "Eastern Sentry" missiyasının artıq müəyyən nəticələr verdiyini də qeyd edib. Belə ki, missiyanın fəaliyyətə başlamasından sonra Rusiya Baltikyanı ölkələrin və Polşanın hava məkanına dronlarla daxil olmaq məsələsində daha ehtiyatlı davranır.