29 sentyabr 2026 09:47
175

UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün 10 matç baş tutacaq

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutacaq. A Liqasında İngiltərə millisi Çexiyanın qonağı olacaq. İspaniya isə Xorvatiyanı qəbul edəcək.

UEFA Millətlər Liqası

II tur

29 sentyabr

A Liqası

3-cü qrup

22:45. Çexiya - İngiltərə

22:45. İspaniya - Xorvatiya

Xal durumu: İspaniya - 3, Xorvatiya - 3, İngiltərə - 0, Çexiya - 0.

B Liqası

1-ci qrup

22:45. Şotlandiya - İsveçrə

22:45. Sloveniya - Şimali Makedoniya

Xal durumu: İsveçrə - 3, Şotlandiya - 1, Sloveniya - 1, Şimali Makedoniya - 0.

C Liqası

1-ci qrup

20:00. Finlandiya - Belarus

22:45. San Marino - Albaniya

Xal durumu: Finlandiya - 3, Albaniya - 3, Belarus - 0, San Marino - 0.

3-cü qrup

20:00. Moldova - Farer adaları

22:45. Slovakiya - Qazaxıstan

Xal durumu: Slovakiya - 3, Farer adaları - 1, Qazaxıstan - 1, Moldova - 0.

4-cü qrup

22:45. Bolqarıstan - Estoniya

22:45. Lüksemburq - İslandiya

Xal durumu: Lüksemburq - 3, Estoniya - 1, İslandiya - 1, Bolqarıstan - 0.