AZCON Holding-in kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsi önünə gül dəstələri qoyulub.
Şəhidlərimizin qəhrəmanlığı və xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.