Sentyabrın 29-da Azərbaycan Dillər UniversitetindəAlmaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke qonaq olub.
ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri vəqonaqları salamlayıb, onları universitetdə görməkdənməmnun olduğunu bildirib.
Görüş zamanı Kamal Abdulla Azərbaycan və Almaniyaarasında mövcud olan dostluq münasibətlərinin inkişafındansöz açıb, təhsil və mədəniyyət sahələrində əməkdaşlığıngenişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, Azərbaycan Dillər Universiteti ilə Almaniyanınali təhsil müəssisələri arasında mövcud əlaqələrin inkişafetdirilməsi, tələbə və müəllim mübadiləsiningenişləndirilməsi, birgə elmi və təhsil layihələrinin həyatakeçirilməsi qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindəndir.
Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Dirk Lölke Azərbaycan Dillər Universitetində olmaqdanməmnunluğunu ifadə edib. Səfir iki ölkə arasında müxtəlifsahələrdə, xüsusilə təhsil və elm istiqamətində əlaqələrininkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan və Almaniya arasında təhsil əlaqələrinindaha da inkişaf etdirilməsi, alman dilinin tədrisinintəkmilləşdirilməsi, tələbələrin beynəlxalq imkanlarınıngenişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi iləbağlı fikir mübadiləsi aparılıb.
Rektor səfirə ADU-da alman dilinin tədrisi ilə bağlı ətraflıməlumat verib. Bildirib ki, universitetdə alman dili üzrəyüksək ixtisaslı mütəxəssislər hazırlanır, tələbələrin dilbiliklərinin inkişaf etdirilməsi ilə yanaşı, onların Almaniyanınali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində müxtəliflayihələrdə iştirakı üçün imkanlar yaradılır.
Akademik Kamal Abdulla alman dilinin tədrisinin və buistiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinin universitet üçün prioritet məsələlərdənbiri olduğunu qeyd edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla AzərbaycanDillər Universitetinin beynəlxalq əlaqələrinin daimgenişləndiyini qeyd edərək, Almaniyanın ali təhsilmüəssisələri ilə mümkün əməkdaşlıq perspektivləri barədəfikirlərini bölüşüb.
Söhbət əsnasında akademik Kamal Abdulla Almaniyanınölkəmizdəki səfiri Dirk Lölkeni Azərbaycan DillərUniversitetində həyata keçirilən “Səfir saatı” layihəsindəiştirak etməyə dəvət edib.
Səfir dəvəti məmnuniyyətlə qəbul edib və layihə çərçivəsindəAzərbaycan Dillər Universitetinin tələbələri ilə görüşünəhəmiyyətini vurğulayıb.
Görüş zamanı, həmçinin alman dilinin tədrisi, tələbə vəmüəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyatakeçirilməsi və iki ölkənin ali təhsil müəssisələri arasındaəlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikirmübadiləsi aparılıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirəolunub.
Səfir daha sonra ADU-da fəaliyyət göstərən Alman MübadiləMərkəzi və Germanistika İnstitutunu ziyarət edib.