30 sentyabr 2026 13:09
116

Volodin yenidən Dövlət Dumasının sədri seçilib

Vyaçeslav Volodin doqquzuncu çağırış Rusiya Dövlət Dumasının sədri seçilib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu posta onun namizədliyini "Vahid Rusiya" fraksiyası irəli sürülüb.

Bu posta ikinci namizəd KPRF-dən deputat Dmitri Novikov olub. Onun lehinə 36 deputat səs verib, Vyaçeslav Volodinin lehinə isə 406 deputat səs verib. O, Dövlət Dumasını iki müddətdən çox başçılıq edən ilk şəxs olub.

Vyaçeslav Volodin 2016-cı ildən spiker postunu tutur və o, ikinci dəfədir ki, yenidən bu vəzifəyə seçilir.