Azərbaycan ADEX-2026 sərgisində Türkiyənin "Baykar" şirkəti ilə uzaqmənzilli MIZRAK kamikadze dronunun tədarükünə dair saziş imzalayıb və bu modelin ilk xarici alıcısı olub.
“İki sahil” xəbər verir ki, "TURDEF"ə istinadən xəbər verir ki, "MIZRAK" radar hədəfləmə sistemi ilə təchiz edilə bilər. Dron "SİVRİSİNEK" və "K2" modellərindən sonra təqdim edilib. Hər üç aparat "Baykar"ın birdəfəlik istifadə üçün nəzərdə tutulan uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları xəttinə daxildir. "MIZRAK"ın malik olduğu modul konstruksiya onun həm də antiradar döyüş sursatı kimi istifadəsinə imkan verir.
"MIZRAK"ın modul bölməsində hər biri 20 kq-lıq iki döyüş başlığı və ya passiv radiotezlikli özütuşlanan başlıqla birlikdə 20 kq kütləyə malik bir döyüş başlığı yerləşdirilə bilər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub