01 oktyabr 2026 15:38
187

AK rəhbəri Albaniya və Monteneqroya üzvlükdən əvvəl komissarlar təyin etməyi təklif edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Aİ-nin genişlənmə prosesinin islahatı planı çərçivəsində qabaqcıl namizədlərə, xüsusilə Albaniya və Monteneqroya rəsmi olaraq Aİ-yə qəbul olunmamışdan əvvəl Avropa Komissiyasının tərkibinə öz komissarlarını təyin etməyə icazə verməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Rapporteur" portalı əldə etdiyi AK sənədlərinə istinadla məlumat yayıb.

Avropa Komissiyasının rəhbəri bu təklifləri oktyabrın 6-da Strasburqda Avropa Parlamentinin sessiyasında təqdim etmək niyyətindədir. Həmin plana AK-nin Aİ Şurasında ölkələrin veto hüququndan məhrum edilməsi təşəbbüsü də daxildir.

"Albaniya və Monteneqro kimi ölkələr Aİ-yə rəsmi qoşulana qədər Brüsselə eurokomissarlar göndərə biləcəklər", – deyə nəşr qeyd edir və izah edir ki, AK bununla Aİ-yə daxil olmağa marağı artırmağa və namizəd ölkələrin prosesə cəlb olunma dərəcəsini yüksəltməyə çalışır.