01 oktyabr 2026 16:16
213

Belarus NATO ilə hərbi əlaqə kanallarını bərpa etməyə hazır olduğunu bəyan edib

Belarus NATO ölkələri qarşılıqlı hazırkarlıq nümayiş etdirəcəyi təqdirdə hərbi sahədə verifikasiya, erkən xəbərdarlıq mexanizmlərinə və digər şəffaflıq tədbirlərinə qayıtmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Belarusun xarici işlər naziri Maksim Ryjenkov bildirib.

Avrasiyada yeni təhlükəsizlik sisteminin formalaşdırılması çərçivəsində NATO ölkələri ilə münasibətlərdə mümkün praktiki addımlar ilə bağlı sualı cavablandırlandıran Ryjenkov qeyd edib: "Əgər onlar hər hansı verifikasiyalara, hər hansı erkən xəbərdarlıqlara geri dönməyə hazır olsalar, buna mane olmayacağıq, əlbəttə ki, biz də buna gedəcəyik".