01 oktyabr 2026 19:49
175

Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə M. Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşməkdən məmnun oldum. Azərbaycan-Yaponiya münasibətlərinin möhkəmləndirilməsinə, həmçinin iqlim və ətraf mühit məsələləri üzrə əməkdaşlığımıza verdiyi töhfələrə görə minnətdarlığımı bildirdim", - o qeyd edib.

M. Babayev K. Vatanabeyə gələcək fəaliyyətində uğurlar arzulayıb və diplomatik karyerasının növbəti mərhələsi üçün ən xoş arzularını ifadə edib.