Pakistanın təhlükəsizlik qüvvələri Xayber-Paxtunxva əyalətinin Dera-İsmayıl-Xan şəhərində keçirdiyi kəşfiyyat əməliyyatı zamanı "Fitnə əl-Xəvaric" hərəkatının 8 üzvünü zərərsizləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın dövlət radiosu təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, əməliyyat ölkədə ekstremizm və terrorizmin kökünü kəsməyə yönəlmiş "Əzm-i İstehkam" əməliyyatı çərçivəsində, ərazidə terrorçuların olması barədə məlumat əldə edildikdən sonra keçirilib.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, öldürülən 8 terrorçu arasında "Fitnə əl-Xəvaric"in 3 əsas komandiri də olub.
Əməliyyat zamanı terrorçulardan xarici valyuta, həmçinin külli miqdarda silah və sursat götürülüb.
Avropa Komissiyası Rusiya aktivlərindən istifadə üçün xüsusi strukturun yaradılmasını nəzərdən keçirir
MDB dövlət başçıları kibercinayətkarlıqla mübarizə konsepsiyasını təsdiqləyiblər
ABŞ Sahil Mühafizəsində yeni xidmətə başlayanların sayında rekord qeydə alınıb