Almaniya Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində hərbi və energetik sahədə yardım ayırıb.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib. F. Merts isə bildirib ki, Ukrayna ilə əlavə hərbi əməkdaşlıq da razılaşdırılıb. Kansler detalları jurnalistlərə açıqlamaqdan imtina edib.Almaniya Kansleri Rusiyanın hərbi təhdidləri fonunda Kiyev səfərini qabardıb. "Almaniya limitsiz olaraq Ukraynanın yanındadır", - Merts bildirib. Almaniya Kansleri əlavə edib ki, Rusiya iqtisadiyyatı müharibəni uzun müddət davam etdirməyə qadir deyil: "Rusiya iqtisadiyyatı müharibə səbəbindən tənəzzülün pik həddini yaşayır "- Almaniya Kansleri vurğulayıb.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək