Amerikanın Corciya ştatının Vyenna şəhərində şənlikdə baş verən atışma nəticəsində iki nəfər həlak olub, 35 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb. Agentliyin məlumatına görə, həlak olanlar 20 və 23 yaşlı gənclərdir. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıblar. Hadisəni törədən şəxs və ya atışmanın motivləri barədə məlumat yoxdur. Rəsmilər hadisənin başvermə şəraitini və səbəblərini müəyyənləşdirirlər.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək